ABŞ-nin Alyaska ştatında “Bering Air” şirkətinə məxsus təyyarə yoxa çıxıb. Metbuat.az xəbər verir ki, göyərtəsində 10 nəfərin olduğu təyyarə eniş etmədiyi üçün onun axtarışlarına başlanılıb. Məlumata görə, sərnişin təyyarəsi nəzərdə tutulan vaxtda eniş etməyib. Açıqlamada, təyyarənin Unalakleet-Nome marşrutu üzrə uçduğu, göyərtəsində 9 sərnişin və bir pilotun olduğu bildirilib. Axtarış işləri həm qurudan, həm da havadan aparılır. Bildirilir ki, hava şəraitinə görə hava axtarışları ləng aparılır. Axtarış işlərində Milli Qvardiya, Sahil Mühafizəsi iştirak edir. Məlumata görə, yerli əhali özləri könüllü qruplar quraraq axtarış işlərinə qoşulub. Lakin yerli dairələr ekstremal hava şəraiti ilə əlaqədar yerli sakinləri axtarış qrupları yaratmaqdan çəkinməyə çağırıb.