Premyer Liqa təmsilçisi “Sumqayıt” komandası futbol üzrə Azərbaycan Kubokunda 10-cu dəfə heç-heçə ilə kifayətlənib.
Arena.az xəbər verir ki, bu, sözügedən komandanın 39-cu kubok matçında qeydə alınıb.
“Gənclik şəhəri” təmsilçisi 1/4 finalın “Sabah”la səfər görüşündən qolsuz ayrılıb. Sumqayıtın eyniadlı klubu 5 dəfə evdə, 5 dəfə rəqib meydanında sülhlə barışıb.
Xatırladaq ki, “Sumqayıt” ilə “Sabah” arasındakı cavab qarşılaşması fevralın 27-də Sumqayıtda keçiriləcək.