Bakı. Trend:
Böyük Britaniyanın "Redline Aviation Security LTD" şirkətiAzərbaycanda mülki aviasiyada uçuşların təhlükəsizliyi üzrə təlimkeçəcək.
Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı müvafiq işləryekunlaşdırılıb.
Belə ki, sözügedən şirkət Azərbaycan Respublikası Dövlət MülkiAviasiya Administrasiyasının tabeliyində “Mülki AviasiyadaUçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqişəxslə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət publik hüquqi şəxsə mülki aviasiyadauçuşların təhlükəsizliyi üzrə təlim xidməti keçəcək.
Bunun müqabilində șirkətə 20 min manat ödəniləcək.
Qeyd edək ki, sözügedən şirkət təlim, keyfiyyət təminatı, auditvə risklərin idarə olunması proqram təminatını əhatə edən genişspektrli təhlükəsizlik həlləri təqdim edir. Hava və yerperspektivləri, eləcə də, tənzimləyici qurumların perspektivləriniəhatə edən bütün təhlükəsizlik fənləri üzrə aviasiya vətəhlükəsizlik ekspertlərinin təcrübələrini birləşdirir.