Müğənni Nicat Məhərrəmli Xatirə İslamın onun adından insanlardan pul aldığını, adamları aldatdığını iddia etməsinə aydınlıq gətirib.
Dərgi.az xəbər verir ki, Nicat məsələ ilə bağlı video açıqlama yayıb.
“Xatirə İslamın üzərimdə əməyi böyükdür. Maddi və mənəvi mənə dəstək olub. Səhv hərəkətimlə bağlı Xatirənin şəxsiyyətinə ziyan vuracaq bir şey etmişəm və buna görə üzr istəyirəm. Ona sayqım böyükdür, belə də davam edəcək.Pis vərdişlər kəliməsi yanlış anlaşılıb. Əgər siz düşünürsünüzsə, pis vərdiş narkotikdir, yalandır. Bu yaşıma qədər heç vaxt narkotik istifadə etməmişəm. 36 yaşım var, hazıram analiz verib, sübut etməyə. Aludəçilik dedikdə, spirtli içki deyilib. Bu da ağır günlərimə görə olub. Bununla fəxr etmirəm, yanlışdır. Amma depressiyada olmuşam və istifadə etmişəm”-, deyə Xatirədən üzr istəyib.
X.İslam isə Nicatın video açıqlamasına şərh yazıb:
“Həyatda ən böyük arzularımdan biri də səni səhnədə, efirdə görməkdir. İnanıram ki, sən mənim o videomdan bir nəticə çıxardıb, məni sevindirəcəksən. Bu günə qədər elədiyin bütün xoşagəlməz nələr var idisə, onların hamısını silib yeni həyata başlamağı arzu edirəm. Sənə pis nəsə arzu edə bilmərəm”.
Könül İbrahimMusavat.com