AZ

“Sevinc Heydərovanın tərəfini saxlayanlar, utandınız?”

Xalq artisti Flora Kərimova plastik-cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlama yayıb.

Dərgi.az xəbər verir ki, müğənni bununla bağlı video yayımlayıb. O bildirib ki, uzun müddətdir S.Heydərovanın həkimlik lisenziyasının əlindən alınması üçün mübarizə aparır:

“Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətinin zəmanətidir. Neçə illərdir savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc Heydərovaya demişdim ki, bacarmırsansa, bu işdən yapışma. Nəticəsi saxta sənədlər, sübutlar, adlar və fəaliyyət…Savadsız Sevinc Heydərovaya dəstəyi olan insanlara üzümü tutub deyirəm ki, mən bu problemdən əl çəkən deyiləm. İşim bu saat Ali Məhkəmədədir. Sona kimi də gedəcəyəm. Nəticə əldə edənə qədər savaşıram.Mənə manə olan, gözüyumulu Sevinc Heydərovanın tərəfini saxlayan insanlar guya heç nə olmamış kimi bəraət qərarı verən ekspertizanın cavabı sizi utandırmır? Prokurorluğun bu qərarından sonra heç olmasa vicdanınız sızıldayırmı? Əgər mənə az çox Vətənimdə nüfuz sahibi olan, sözünü deyən bir insanın başına bu oyun gətirilsə, bu haqsızlıq görün digər insanlar nələr çəkir. Gələcək günlərdə Ali Məhkəmənin baxışı var”.

Qeyd edək ki, F.Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.

Seçilən
27
1
dergi.az

2Mənbələr