AZ

Xaricdə təhsil şirkətini necə seçməli...

Hər il onminlərlə tələbə Azərbaycandan xaricə təhsil almağa gedir.

“Yeni Sabah”ı məlumatına görə, xaricdə təhsil qərarının arxasında əsasən daha keyfiyyətli təhsil, karyera imkanları, sosiallaşmaq və bəzən isə miqrasiya məqsədləri durur. Ən çox magistr dərəcəsinin alınması üçün xaricdə təhsil qərarını verərkən, bir çox tələbələr qəbul prosesini özləri aparsalar da, elə demək olar ki, eyni qədər tələbə də bu xidmətin alınması üçün xaricdə təhsil şirkətlərinə müraciət edir.

Xaricdə təhsil şirkətləri – xaricdə təhsil xidmətini göstərilməsində 3-cü tərəf olub, xaricdə təhsil proqramlarını təşkil edən peşəkar və müstəqil qurumlardır. Belə şirkətlər təşkilatı quruluş, proqram model və tipləri və tələbələrə təklif etdikləri xidmət çeşidlərinə görə fərqlənirlər.

Düzgün şirkəti necə seçməli?

Xaricdə təhsil almaq istəyənlər üçün təklif edilən şirkətlər və proqramlar çox sayda olmasına baxmayaraq, bu şirkətlərin səmimiyyəti, məhsuldarlığı və müştərilərinə verdiyi dəstək fərqli ola bilər. Bu səbəbdən, xaricdə təhsil şirkətini seçərkən aşağıdakı faktorlara diqqət etmək məqsədəuyğundur:

Səmimiyyət və şəffaflıq: Təhsil şirkətinin səmimiyyəti və şəffaflığı, sizə necə məlumat verdiyini və hansı məqsədlərlə sizinlə əlaqə saxladığını göstərir. Şirkətin internet səhifəsində, təklif olunan proqramların təqdimatında və digər mənbələrdə ətraflı şəkildə məlumat toplayın və onların sizə verdiyi məlumatlarda düzgünlüyə diqqət edin.

Proqramlar və kurslar: Şirkətin təklif etdiyi proqramların növləri, məzmunu və müddəti dəyər veriləcək digər faktorlardandır. Ən uyğun proqramı seçmək üçün, hədəflərinizə uyğun bir proqram və kursların siyahısını yaradın və onların müddətini, qiymətini və digər xüsusiyyətlərini qarşılaşdırın.

Təhsil mərkəzinin reytinqi: Xaricdə təhsil şirkətlərini seçərkən, onların reytinqini və müştərilərinin şirkətlə bağlı şikayətlərini araşdırmaq çox mühüm faktordur. İnternetdə şirkətin adını axtarın və şirkət haqqında rəyləri oxuyun. Əksər təhsil mərkəzləri, tələbələrinin fikirlərini və şikayətlərini veb saytında paylaşır.

Dəstək və xidmət: Xaricdə təhsil şirkətinin sizə təqdim etdiyi dəstək və xidmət çox mühüm faktordur. Çünki proses boyunca sizdə çoxlu suallar yaranacaq və bu suallarınızı istədiyiniz vaxt verə biləcəyiniz əməkdaşlar sizdə əminlik hissi yaradacaq. 

Bəs özüm müraciət edə bilərəm?

Əgər siz xaricdə təhsil üçün özünüz müraciət etmək qərarına gəlmisinizsə, başlamalı olduğunuz ilk nöqtə dil biliklərinizdir. Yadda saxlayın ki, hətta IELTS sertfikat nəticəsi belə tələb olunmasa, normal universitetlər sizinlə hökman xarici dildə müsahibə keçirəcəklər. Və ümumiyyətlə, xaricdə rahat oxuyub-yaşamaq üçün sizə xarici, çox zaman da ingilis dili lazım olacaq. Yetəri dil bilikləriniz olduqdan sonra, xronoloji olaraq, addımlarınızı aşağıdakı kimi planlaya bilərsiniz:

İxtisas, universitet, şəhər və ölkə (təhsil sistemi və s.) haqqında məlumat toplamaq;

Qəbul şərtlərini öyrənmək (sayt, e-poçt və ya zəng);

Qəbulun son tarixini bilmək və qaçırtmamaq;

Sənədləri düzgün hazırlamaq (tələb olunan sənədlər və tərcümə/təsdiq);

Mümkün intervyu mərhələsinə hazır olmaq.


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr