1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən və həmin dövrdə İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilən Elşən Qubad oğlu Tağıyevin şəxsiyyəti müəyyənləşdirilib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, mərhumun nəşi Salyan rayonunun Seyidsadıqlı kəndinə gətirilib.
O, bu gün doğma kəndində son mənzilə yola salınacaq.
Qeyd edək ki, Elşən Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta