AZ

Zavodda güclü yanğın başladı - VİDEO

Türkiyənin İstanbul şəhərində rezin istehsal edən zavodda yanğın başlayıb. 

Söz.az "TRT Haber"-ə istinadən xəbər verir ki, yanğın Başakşehirin sənaye zonasında ikimərtəbəli sexdə baş verib. 

Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və tibb qrupları göndərilib. 

Yanğının söndürülməsi üçün 66 nəfər və 19 texnika çalışır. 

Yanğınsöndürənlər binanın damında köməksiz vəziyyətdə qalan 3 nəfəri xilas ediblər.

Yanğının səbəbi hələlik məlum deyil.


Seçilən
21
soz.az

1Mənbələr