Dünya və Avropa çempionu olan ispaniyalı müdafiəçi Serxio Ramos Meksikanın "Monterrey" klubuna keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ramosla 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, futbolçu 2024-cü ilin yayında “Sevilya”dan ayrıldıqdan sonra azad agent olub.
Ramos Monterreydə mövsümə 4 milyon avro qazanacaq.