AZ

“Oynamaq ehtimalı daha böyükdü” – Hakmana nə olub?

Misli premyer-liqasının 21-ci turunda “Turan Tovuz” “Səbail”lə heç-heçə etdi - 1:1. 33-cü dəqiqədə tovuzluların aparıcı futbolçularından Emmanuel Hakman zədələndiyinə görə onun yerinə meydana Araş Qaderi çıxdı.

Görəsən, Hakmanın durumu necədi? Növbəti oyun meydanda ola biləcəkmi? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:

“Belində ağrıları var. Oyuna qədər yoxlanılacaq. Növbəti oyunda meydanda olub-olmamasına həmin gün qərar veriləcək. Oynamaq ehtimalı daha böyükdü”.

ƏSƏD SEYİDOV
Seçilən
12
football-plus.az

1Mənbələr