AZ

İranda daha bir məhbus intihar etdi

İranın İsfahan şəhərinin Dəstgerd həbsxanasında saxlanılan məhbus Rəsul ibn Əli intihar edib.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, qətldə günahlandırılan məhbus, həb və metadon qəbul edərək həyatına son qoyub.

Məhbusun kamera yoldaşları onun həbsxana şərayitinə, rəhbərlik və nəzarətçilərin təzyiqlərinə etiraz olaraq intihara əl atdığını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

visiontv.az



Seçilən
38
visiontv.az

1Mənbələr