AZ

UEFA ÇL-də əlavə vaxtın ləğvini nəzərdən keçirir

UEFA-da Çempionlar Liqasının ələmə mərhələsində əlavə vaxtın ləğvi barədə müzakirələr getdikcə geniş vüsət alır.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.

Vurğulanır ki, Avropa futbolunun rəhbər qurumunun düşərgəsində mötəbər yarışın əsas vaxtında heç-heçə halında, oyunun birbaşa olaraq penaltilər silsiləsinə keçidi haqda müzakirələr ciddi surətdə nəzərdən keçirilir. Amma bu yeniliyin tətbiqi ən azı iki il ərzində elə, müzakirə mövzusu olaraq qalacaq. Belə ki, ortada müddəti 2027-ci ilə qədər davam edəcək televiziya hüquqları var ki, bu da hazırda müvafiq dəyişikliyin təsdiqini mümkünsüz edir.

Futbolda əlavə vaxtın tətbiq edilməsi qaydası çoxdan Avropa futbolundakı maraqlı tərəflər arasında mübahisə mövzusudur. Belə ki, bəzi oyunçuların həmkarlar ittifaqları, müvafiq qaydanın ləğvinin ifrat sıx təqvimdə gərginliyi azalda biləcəyini qətiyyətlə iddia edirlər.

Müqayisə üçün xatırladaq ki, ötən mövsüm 1/8 finaldan başlayaraq UEFA Çempionlar Liqasının yalnız 3 oyunu əlavə vaxta sürüklənib. 2022/2023-cü illər mövsümündə isə mötəbər yarışın heç bir oyununda əlavə vaxta gərək olmayıb.

Seçilən
98
arena.az

1Mənbələr