AZ

"Sonic boom" və ya təyyarə səs sürətini keçəndə niyə "partlayış" eşidilir?

Bir təyyarə səs sürətini (təqribən saatda 1234 km) aşdıqda, hava molekulları sürətli cisimdən yayına bilməyərək sıxılır. Beləliklə, təyyarənin burun və qanadlarında yüksək təzyiqli dalğalar formalaşır. Bu dalğalar yığıldıqca ortaya çıxan təzyiq divarı sürətlə yaranan və çevrəyə yayılan “səs partlaması” (sonic boom) kimi eşidilir.

Səs baryerini keçdiyi an təyyarənin yaratdığı sıxılmış hava təzyiqi qəfil boşalır, bu da partlayış səsinə bənzər güclü gurultuya səbəb olur. Səs baryerini keçən təyyarələr xüsusi aerodinamik quruluşa malik olmalıdır ki, yüksək sürət, təzyiq fərqləri və sürtünmə nəticəsində struktur zədələnmələrinin qarşısı alınsın. Qeyd edək ki, atmosfer şəraiti və uçuş hündürlüyü də səs partlamasının gücünə və hiss olunma səviyyəsinə təsir göstərir.

visiontv.az



Seçilən
15
visiontv.az

1Mənbələr