AZ

Tramp administrasiyası seçkilərə müdaxilə bölməsini ləğv edib

Bakı, TurkicWorld

ABŞ Baş Prokuroru vəzifəsinin ilk günündə, 2016-cı il prezident seçkilərinə Rusiyanın Donald Trampın xeyrinə müdaxiləsi ittihamlarından sonra yaradılmış seçkilərə xarici müdaxiləyə qarşı mübarizəyə cavabdeh olan FTB bölməsi ləğv edilib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Baş prokuror Pam Bondi çərşənbə günü yaydığı bəyanatda, "Xarici Müdaxilə İşçi Qrupu daha təcili prioritetlər üçün resursları boşaltmaq və səlahiyyətdən sui-istifadə riskini aradan qaldırmaq üçün ləğv edilir", – deyə bildirib.

Qeyd edək ki, bu bölmə 2017-ci ildə ABŞ-a qarşı yönəlmiş xarici təsir əməliyyatlarını aşkar etmək və onlarla mübarizə aparmaq üçün yaradılmışdı.

Onu da qeyd edək ki, ABŞ-da 2016-cı il prezident seçkilərinə xarici müdaxilə iddiaları xüsusilə Trampın kampaniyası fonunda gündəmə gəlib. Federal agentliklər bu məsələdə həmfikir olsalar da, Moskva seçkilərə müdaxilə etdiyinə dair ittihamları daim təkzib edib.

Rusiyanın sosial şəbəkələrdə hakerlər və trollardan istifadə etdiyi iddia edilsə də, Kremlin rəsmi mövqeyi bu şayiələrin əsassız olduğu yönündə olub.

Seçilən
39
turkic.world

1Mənbələr