AZ

Türkiyənin kəşfiyyat təşkilatı İraqda əməliyyat keçirib

Bakı,TurkicWorld

Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK üzvü olduğu iddia edilən xüsusi təyinatlı Murat Keleşi İraqın şimalındakı Hakurkda zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, 2016-cı ildə Şırnak Silopidə təhlükəsizlik qüvvələrinin zirehli maşınına raket atəşi açanlardan biri olan PKK/KCK üzvü Murat Keleş MİT-in prioritet hədəfləri siyahısında olub.

Kəşfiyyat şəbəkəsi sayəsində MİT, Keleşin yerini müəyyən etdi.

Türkiyədə terror cinayətlərinə görə axtarışda olan Berhudan Harun kod adlı Murat Keleşin İraqın şimalındakı Hakurk çölündə sözdə məsul səviyyədə fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib. Keleşin MİT-in hədəfinə çevrilməmək üçün uzun müddətdir gizlənərək yaşadığı öyrənilib.

MİT keçirdiyi dəqiq əməliyyatla PKK/KCK terrorçusuni zərərsizləşdirib.

Seçilən
43
turkic.world

1Mənbələr