İranın İrəvandakı səfiri Mehdi Sübhani bu gün bildirib ki, Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması iki ölkə arasında əlaqələrin məhkəmlənməsinə kömək edə bilər. Bu barədə “Miran Press” Teleqram kanalı xəbər verir.
Səfirin sözlərinə görə, İran Təbrizdə konsulluğun yaradılmasına icazə verib və onun Ermənistan tərəfindən açılmasını gözləyirlər. Mehdi Sübhani bildirib ki, “bu baxımdan heç bir problem yoxdur”.
Qeyd edək ki, 2023-cü il dekabrın 27-də bir araya gələn İran və Ermənistan XİN rəhbərləri əhalisinin çoxu etnik türk olan Təbriz şəhərində Ermənistanın konsulluq açacağını açıqlayıblar.
visiontv.az