AZ

Sosial Xidmət Mərkəzlərində “Ümidli Valideyn” adlı qrup terapiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq filialları daxilində fəaliyyət göstərən Sosial Xidmət Mərkəzlərində valideynlər üçün silsilə şəkildə “Ümidli Valideyn” adlı qrup terapiyası həyata keçirilib. Terapiya zamanı müxtəlif psixoloji oyunlar və art terapiyanın fərqli texnikalarından istifadə edilib. 

 

Qrup terapiyasının keçirilməsində əsas məqsəd valideynlərin təcrübələrini paylaşmaq, çətinliklərlə mübarizədə yeni üsullar əldə etmək, özünüqiymətləndirmə və özgüvən duyğusunu yüksəltmək, kompleksləri aradan qaldırmaq olub.

 

Terapiya zamanı diqqət valideynlərin keçmişdən gələn həll edilməmiş problemləri ilə üzləşməsi, psixi sağlamlığın əldə edilməsi ilə valideynlik bacarıqlarına müsbət təsir göstərilməsi, özünüdərketmə və özünüifadə bacarıqlarının inkişafına nail olmağa yönəldilib. 

 

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin tabeliyində 5 Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir. Hazırda mərkəzlərdə 264 şəxsə müvafiq xidmətlər göstərilir. Bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.

Seçilən
28
1
qht.az

2Mənbələr