AZ

ABŞ Zelenskinin maliyyə ilə bağlı şikayətlərinə təəccüblənib – ÖZƏL

ABŞ-də təəccüblə qarşılanıb və anlayışsızlıq yaranıb ki, Kiyev rejiminin rəhbəri Volodimir Zelenski Kiyevə ayrılan maliyyə vəsaitlərinin çatmadığından şikayətlənir. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq "Rob Schmitt Tonight" proqramında bildirib.

Amerikalı siyasətçi ABŞ-nin Kiyevə 174 milyard dollar göndərdiyini vurğulayıb. Kelloqa görə, maliyyə yardımı ilə bağlı ətraflı hesabat mövcuddur və vəsaitin ötürülməsini izləmək üçün ayrıca müfəttişlər təyin olunub.

"ABŞ Ukraynaya 174 milyard dollardan çox vəsait ayırıb. Ukraynada və burada ümumi müfəttişlər təyin etdik ki, bu pulları izləsinlər. Bu səbəbdən, xərclər barədə kifayət qədər ətraflı hesabatımız var" deyə Kit Kelloq bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr