Ankara valisi Vasip Şahin paytaxt regionunda spirtli içki qəbulu ilə əlaqədar 33 ölüm hadisəsinin qeydə alındığını bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
"Saxta spirtli içki qəbulu nəticəsində 33 nəfər ölüb, 20 nəfər reanimasiyadadır", - o qeyd edib.
Həmçinin məmur bazarda saxta spirtli içkilərin satılması ilə bağlı aparılan araşdırma zamanı 32 nəfərin saxlanıldığını, onlardan 13-nün həbs edildiyini bildirib.