AZ

Aleksandr Dyukov DÇ-2026-nı ziyarət etməyəcək

Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov 2026-cı ildə keçiriləcək FIFA Dünya Kubokunu ziyarət etməyəcək.

Arena.az “RB Sport” dərgisinə istinadən məlumat verir ki, Dyukov ABŞ tərəfindən ünvana müəyyənləşdirilmiş şəxsi qadağalar səbəbindən mötəbər yarışı ziyarət edə bilməyəcəyini bildirib:

“Əgər sanksiyalar qaldırılmırsa, bəli, mən dünya çempionatının oyunlarını ziyarət edə bilməyəcəyəm”, deyə Aleksandr Dyukov vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Aleksandr Dyukovun ABŞ tərəfindən sanksiyalarla üzləşmiş şəxslərin müvafiq siyahısına daxil olduğu məlum olub. Bu barədə ABŞ-ın xarici aktivlərə nəzarət ofisinin rəsmi saytı məlumat verib.

2026-cı il FIFA Dünya Kuboku 11 iyun – 19 iyul aralığında Amerikada, üç ölkənin – ABŞ, Kanada və Meksika ərazisində keçiriləcək.

Vurğulayaq ki, Rusiya milli yığma komandası dünya çempionatında iştirak üçün seçmə mərhələ oyunlarına buraxılmayıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsindən üzləşdiyi müvafiq sanksiyadır.

Seçilən
83
arena.az

1Mənbələr