AZ

Öldürülən hakimlərə görə qadın siyasi məhbuslara təzyiq edilir

Yanvarın 18-də İran Ali Məhkəməsinin iki hakiminin öldürülməsinə görə, Tehranın Evin həbsxanasında saxlanılan qadın siyasi məhbuslara təzyiq göstərilir.

Bu barədə insan haqları təşkilatları məhbusların ailələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, 27 qadın məhbus Əli Razini və Məhəmməd Müqəysənin öldürülməsi xəbərin eşitdikdən sonra mahnı oxuyub və şadlıq etdiklərinə görə cəzalandırılıblar.

Belə ki, 3 həftədir həmin siyas qadın məhbusların ailələri ilə telefon danışığına və görüşlərinə qadağa qoyulub.

Məlumata görə, məhbuslara qarşı tətbiq edilən qadağalar Evin Həbsxanası İntizam Şurasının qərarı ilə baş tutub.

Qeyd edək ki, yanvarın 18-də silahlı hücum nəticəsində Ali Məhkəmənin 39 saylı şöbəsinin müdiri Əli Razini və Ali Məhkəmənin 53 saylı şöbəsinin müdiri Məhəmməd Müqəysə yerindəcə həlak olub.

Güllələnən hər iki hakim "teroror", "casusluq" və "ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət" ittihamlarına görə saxlanılan məhkumları mühakimə edib, onların bir çoxu barədə edam hökmü veriblər.

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr