Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə qarşılaşan "Araz-Naxçıvan" ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, meydan sahinlərinin aparıcı üzvlərindən olan Ramon Maçado zədələnib.
Mərdəkanda keçirilən matçın 10-cu dəqiqəsində rəqiblə toqquşan braziliyalı hücumçu ayağa qalxa bilməyib.
Həkimlərin müdaxiləsindən sonra 13-cü dəqiqədə onu meydandan xərəkdə çıxarıblar.
Maçadonu Ülvi İsgəndərov əvəzləyib.