Filippinin Maguindanao del Sur şəhərində ABŞ Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub.
ABŞ-ın Hind-Sakit Okean Komandanlığı qəza nəticəsində bir ABŞ hərbi qulluqçusu və üç müdafiəçinin həlak olduğunu təsdiqləyib.
Bildirilib ki, qəzanın səbəbi araşdırılır.