Bakı. Trend:
Qazaxıstanda Almatı Hərbi Məhkəməsi 2022-ci ilin iğtişaşlarızamanı silahdan istifadə edərkən səlahiyyətləri aşdığına görə adıçəkilməyən hərbçini 7 il müddətinə azadlıqdan məhrum edilib.
Trend xəbər verirki, bu barədə ölkənin Hərbi Məhkəməsinin mətbuat xidməti məlumatyayıb.
Hərbçi açdığı atəşlə iki nəfərin qətlində təqsirli bilinib.
Tribunalın qərarın əsasən, müttəhim hərbi rütbəsindən məhrumedilib və onun üzərinə zərərçəkənlərdən birinin ailəsinə 20 milyontəngə məbləğində (66 min 624 manat) təzminat ödəməsi öhdəliyiqoyulub.
Mühakimə olunan hərbçinin kimliyi açıqlanmır.