AZ

Adil Şükürov: "Limitin ləğvi yığmamıza milliləşdirilmiş oyunçuların gəlməsi ilə öz təsirini göstərə bilər"

"Premyer Liqada yeni mövsümdən komanda sayının artırılması müsbət addımdır. Allah qoysa, gələcəkdə komanda sayı daha da artırılar və bununla yanaşı, rəqabət də yüksələr".

İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı məşqçi Adil Şükürov deyib.

47 yaşlı mütəxəssis bildirib ki, çempionatın formatına da aydınlıq gətirildikdən sonra daha maraqlı olacağını düşünür: "Premyer Liqada rəqabət artıqca komandaların avrokuboklarda nailiyyətləri də yaxşılaşacaq. Vaxtı ilə “Qəbələ” ardıcıl iki mövsüm Avropa Liqasında qruplarda Azərbaycanı təmsil etmişdi, “Neftçi” ilk dəfə qrup mərhələsinə vəsiqə qazanmışdı, “Qarabağ" da 11 il davamlı olaraq qruplarda oynayır. Bu nəticələr yaxşılaşdıqca Azərbaycanın UEFA reytinqində irəliləməsi, gələcəkdə uşaq futboluna da öz təsirini göstərəcək".

"Zirə" və “Kəpəz” klublarda baş məşqçi kimi çalışmış Adil Şükürov yeni mövsümdən Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına da münasibət bildirib: "Legioner limiti milli komandaya çox da təsir göstərməyəcək. Yalnız bir növ təsiri ola bilər. O da, yığmamıza milliləşdirilmiş oyunçuların gəlməsi ilə.

Aleksandır Çertaqanov, Branimir Subasiç, Volodimir Levin, Dmitri Nazarov, Ernani Pereyra, Fabio Luis Ramim, Leandro Qomeş, hələ bir çoxunun da adını çəkmədim. Milli komandamıza cəlb edilmiş oyunçulardır. Diqqəti daha çox akademiyalara ayırmaq lazımdır”.

İdman.biz

Seçilən
17
1
idman.biz

2Mənbələr