AZ

Netanyahu Trampın qərarını cəsur addım adlandırıb

Bakı, TurkicWorld

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etməsini alqışlayaraq, bunu ABŞ və İsrailin suverenliyini qoruyan "cəsarətli" qərar kimi qiymətləndirib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Netanyahu X platformasında yayımlanan açıqlamasında Trampın prezident sərəncamının hər iki ölkəni BCM-nin “korrupsiya” kimi xarakterizə etdiyi hallara qarşı müdafiə edəcəyini vurğulayıb.

“Beynəlxalq Cinayət Məhkəməsi əvvəlcə İsrailə qarşı hücum edərək Amerikaya qarşı hərəkətə keçməyə zəmin yaratdı. Prezident Trampın sərəncamı həm İsrailin, həm də ABŞ-ın və onların hərbçilərinin suverenliyini qoruyur.” - deyə o bildirib.

Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, Tramp dünən BCM-yə qarşı sanksiya tətbiq edən fərman imzalayıb, lakin sənədin məzmunu barədə detallı məlumat verilməyib.

ABŞ mediası isə xəbər verir ki, sanksiyalar BCM prosesi ilə əlaqəli şəxslərin şəxsi vəsaitlərinə və vizalarına təsir edəcək. Xüsusilə də Trampın çərşənbə axşamı Ağ Evdə qəbul etdiyi Netanyahuya qarşı həbs orderi verən BCM rəsmiləri hədəf alınır.

Qeyd edək ki, ötən ay ABŞ Senatı, İsrailin Baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanta qarşı həbs orderlərinə cavab olaraq BCM-yə sanksiya tətbiq edən qanun layihəsini bloklamışdı.

Seçilən
53
turkic.world

1Mənbələr