AZ

Tramp adminsitrasiyası məhkəməyə verildi

AzVision.az Amerikanın “CNN” telekanalına istinadən xəbər verir ki, iddiaçılar Trampın bir sıra “konstitusiyaya zidd və qanunsuz hərəkətlər” etdiyini bildiriblər.

“Qlobal humanitar böhrana səbəb olan bu hərəkətlərUSAİD əməkdaşlarının, qrant alanların və podratçıların mühüm işini qəfil dayandırıb. Onlar minlərlə amerikalıya işlərinin bahasına başa gəlir və ABŞ-nin milli təhlükəsizlik maraqlarını təhlükə altına qoyur”,- məhkəməyə təqdim olunan iddiada vurğulanır.

USAID bütün işçilərini məzuniyyətə göndərir
Həmkarlar ittifaqları ABŞ Konqresinin USAİD-i ləğv etmək səlahiyyətinə malik yeganə təşkilat olduğunu bildirir. İddiaçılar məhkəmədən Tramp administrasiyasının hərəkətlərini qeyri-qanuni elan etməyi və administrasiyaya “Konqres tərəfindən icazə verilməyən şəkildə USAİD-in fəaliyyətini dayandırmaq” barədə qərarının ləğvini əmr etməyi xahiş edirlər.

Xatırladaq ki, bundan əvvəl Tramp digər ölkələrə yardımı dayandıran fərman imzalayıb. Bazar ertəsi USAİD rəsmiləri Hökumətin Effektivliyi Departamentinin (DOGE) məmurlarına konfidensialməlumatlara giriş verməkdən imtina etdiklərinə görə administrativ qaydada məzuniyyətə göndəriliblər.

USAID-in xaricdəki əməkdaşlarına ABŞ-yə qayıtmaq üçün 30 gün vaxt verilib. Jurnalistlərin iddiasına görə, Tramp administrasiyası personalın sayını 10 mindən çox işçidən 300-dən az əməkdaşa qədər azaldıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
12
2
azvision.az

3Mənbələr