Müharibə VETERANI EYVAZLI FƏRİD RAFİQ OĞLU.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, qazi və müharibə veteranlarının, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi.Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz! Qədrini bilmək, uğuruna imza atmaq hər bir kəsin namus işidir! Haqq işi uğrunda Vətəni canı və qanı bahasına qoruyurlar,müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar!Üçrəngli bayrağı Qarabağda dalğalandıran igid oğullarını gələcək nəsillərə tanıtmaq üçün Qarabağ müharibəsi qəhrəmanlarını Unutmayaq: Tanıyaq və Tanıdaq!
Sizə təqdim etdiyimiz 44 günlük Vətən müharibəsinin veteranı Eyvazlı Fərid Rafiq oğlu dekabr ayının 21-də Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. 1992-1997-ci ilə qədər Ukraynada yaşamışıdır. 1998-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda 276 saylı tam orta məktəbin rus bölməsi üzrə 1-ci sinfində oxumuş,2009-cu ildə Etibar Şirəliyev adına 274 saylı orta məktəbin 11-ci sinfi bitirmişdir. 2010-cu ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Ukraynada Mərkəzi Ukrayna Milli Texniki Universitetinə qiyabi şəkildə daxil olmuşdur. Fərid 2010-cu ilin yanvar ayında hərbi xidmətə getmiş və N saylı hərbi hissənin tank taborunda tuşlayıcı və operator vəzifələrində xidmət etmişdir. 2011-ci ilin iyul ayında hərbi xidmətimi başa vurmuş Fərid 2012-ci ildə Universitetə yenidən bərpa olunmuş, 2017-ci ildə həmin Universiteti bitirmişdir. 2012-ci ilin aprel ayının 10-da Qobustan rayon İcra Hakimiyyəti Başçısının Ərazi Dairəsi üzrə Nümayəndəliyində kargüzar vəzifəsində çalışmış,həmin ilin avqust ayının 30-da aparıcı məsləhətçi vəzifəsində işləmişdir 2014-cü ildə “Polat Yol Yapı Sanayi ve Ticaret” A.Ş-nin Azərbaycan Respublikası Qobustan filialında xəritə çəkmə bölməsi üzrə topoqraf köməkçisi (şenör) vəzifəsində ,“Çukurova-Su İstilik Quraşdırma BM” MMC-nin Qobustan şəhəri layihəsində İnsan Resursları üzrə müfəttiş vəzifəsində, 23 yanvar 2018-ci ildə “KİRS” firmasının Xırdalan layihəsində qeyri-rəsmi olaraq İnsan Resursları üzrə şöbə rəisi vəzifəsində işləmişdir. 1 may 2019-cu ildən “Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Azərbaycan Təhsil Şəbəkəsi”ndə İT üzrə Regionlar Nümayəndəsi vəzifəsində işləyən Fərid “Virtual Məktəb” layihəsinin Respublika üzrə inzibatçısı olmuş, həmin layihə Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunmdur. 1 sentyabr 2021-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin A.O.Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin “Qrup Rəhbəri” vəzifəsində işləmişdir.
Eyvazlı Fərid Rafiq oğlu 2020-ci ilin sentyabr ayının 30-dan 44 günlük Vətən Müharibəsində könüllü olaraq döyüşlərdə Qələbə gününə kimi iştirak etmişdir. Fərid Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Xocavəndin azadlığı uğrunda medalları ilə, Azərbaycan Respublikası Baş Naziri Əli Əsədov tərəfindən "Vətən Müharibəsinin iştirakçısı” medalını isə təltif edilmişdir.
Bu gün qarşımızda duran mühüm vəzifə: Azərbaycan Respublikası müstəqillik qazanandan sonra suverenliyin ərazi bütövlüyünün təmin edilməsi, gənclərdə vətəndaşlıq, vətənpərvərlik hisslərinin ən yüksək dərəcədə olması onların milli mənlik şüurunu oyadır, inkişaf etdirir. Əlbəttə, vətəndaşlıq çox uca və ali bir vəzifədir. Gənclərimizin də özlərini bu ali məqamda hiss etməsi təqdirəlayiqdir.
Vətəndaş olmaq təkcə dövlətin rəsmi kimlik sənədini daşımaqla bitmir, bu bir mənəviyyat, könül işidir, hüquqi bağlandığın dövlətə mənən də bağlanmalısan.
Müstəqil ölkənin vətəndaşı olan yetkin, mükəmməl düşüncəyə malik hər bir gənc bunun fərqində olmalı və bunu sağlam məntiqə söykənərək qiymətləndirməyi bacarmalıdır. Hazırda müharibə veteranı Fərid Eyvazı təhsil sahəsində fəaliyyət göstərir. Fərid müəllimə fəaliyyətində uğurlar arzulayırıq.
Zülfiyyə Vəliyeva Respublikanın Əməkdar müəllim.TehsilForumu.Az