Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən onlarla insan həyatını itirib.
Missiya.Az xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.
O bildirib ki, son vaxtlar şəhərdə 33 nəfər saxta spirtli içkidən istifadə nəticəsində dünyasını dəyişib, 20 nəfər isə xəstəxanalarda reanimasiyada müalicə olunur.
Məsələ ilə bağlı cinayət işi açılan 32 nəfərdən 13-u həbs olunub.
Xatırladaq ki, İstanbulda da yanvarın 1-dən bu yana saxta spirtli içki 34 nəfərin həyatına son qoyub.
Nurlana ƏhmədovaMissiya.Az