AZ

Ankarada saxta spirtli içkidən 33 nəfər ölüb

Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən onlarla insan həyatını itirib. 

Missiya.Az xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin məlumat verib. 

O bildirib ki, son vaxtlar şəhərdə 33 nəfər saxta spirtli içkidən istifadə nəticəsində dünyasını dəyişib, 20 nəfər isə xəstəxanalarda reanimasiyada müalicə olunur.

Məsələ ilə bağlı cinayət işi açılan 32 nəfərdən 13-u həbs olunub.

Xatırladaq ki, İstanbulda da yanvarın 1-dən bu yana saxta spirtli içki 34 nəfərin həyatına son qoyub.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
58
missiya.az

1Mənbələr