Bakı. Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti(SHXÇDX) həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyənAzərbaycan Respublikasının vətəndaşları üçünmüsabiqə elan edir.
Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və mülkiişə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaqistəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibəkomissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi(qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbixidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaqistəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindənsonra test imtahınında iştirak etməsi üçün adları Dövlət İmtahanMərkəzinə təqdim olunur. Həqiqi hərbi xidmətə və mülki işə qəbulolunmaq üçün müraciət etmiş vətəndaşların yalnız bu halda DİMtərəfindən keçirələn test imtahanında iştirakı mümkündür.
Aşağıda qeyd olunan kateqoryalardan vətəndaşlar həqiqi hərbixidmətə və mülki işə qəbul oluna bilərlər.
1.Həqiqi hərbi xidmətə qəbul olunabilərlər:
1.1. Ali və orta ixtisas təhsilli, azı bir il hərbi xidmətkeçmiş 40 yaşınadək hərbi vəzifəlilər, habelə 19 yaşından 40yaşınadək qadınlar, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamışehtiyatda olan zabitlər.
Qeyd: Həqiqi hərbi xidmətə qəbul oluna bilməzlər – sağlamlıqvəziyyətinə görə hərbi xidmətə yararsız olan şəxslər, məhkumluğuolan şəxslər, ikili vətəndaşlığı, digər dövlətlər qarşısındaöhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyəminmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdudfəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, həqiqi hərbixidmətdən, digər qurumlardan və ya dövlət orqanlarından əvvəlləryol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayanhərəkətlərə görə ehtiyata buraxılmış və ya xaric edilmişşəxslər.
2.Mülki işə qəbul oluna bilərlər:
2.1. Ali və orta ixtisas təhsilli, azı bir il hərbi xidmətkeçmiş (qadınlar istisna olmaqla) 40 yaşınadək vətəndaşlar.
Qeyd: mülki işə qəbul oluna bilməzlər - məhkumluğu olan şəxslər,ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olanşəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iləfəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətlihesab edilmiş şəxslər, həqiqi hərbi xidmətdən, digər qurumlardan vəya dövlət orqanlarından əvvəllər yol verdiyi kobud nöqsanlara və yaqulluqla bir araya sığmayan hərəkətlərə görə ehtiyata buraxılmış vəya xaric edilmiş şəxslər.
Vətəndaşlar SHXÇDX-də işə qəbul olunarkən təqdim edilmişsənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydadayoxlanılır. Vətəndaş bu Qaydalarla müəyyən edilmiş şərtlərə cavabvermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat vəsənədlərdə bilərəkdən yanlış məlumatlarınverilməsi aşkar edildikdə, müsahibədə və ya test imtahındaiştirakdan imtina olunur və ya namizədin müsahibədə və yaxud testimtahanında əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Vətəndaşlar həqiqi hərbi xidmətə və ya mülki işə qəbulla bağlıyalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edəbilərlər.
"SHXÇDX-də işə qəbul ilə əlaqədar müsabiqə test imtahanı vəmüsahibə mərhələlərindən ibarətdir. Müsabiqədə iştirak etməkistəyən vətəndaşların qeydiyyatı SHXÇDX tərəfindən aparılır (20fevral 2025-ci il tarixinədək). Qeydiyyatdan keçmiş vətəndaşlarınsiyahısı SHXÇDX tərəfindən Azərbaycan Respublikasının Dövlətİmtahan Mərkəzinə təqdim edilir.
Qeydiyyatdan keçən vətəndaşlar test imtahanında iştirak etməküçün DİM-in internet saytında (http://ekabinet.dim.gov.az)“Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsikabinet"in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetinyaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştiraketməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkiledir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçünmüxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxiledildikdən sonra test imtahanında iştirak etmək üçün 21 fevral – 2mart 2025-ci il tarixlərində DİM-in internet saytında“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətihəqiqi hərbi xidmətə və mülki işə qəbulla əlaqədar testimtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidmətivasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad,ata adı, təvəllüd) "Giriş-çıxış və qeydiyyat" idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın alitəhsili haqqında məlumatları "Tələbə-məzun" (MyGov.az) dövlətelektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının"Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını"Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında"Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış"elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatıaparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun"dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyitəhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almışnamizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə(Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və yaDİM-inregional bölmələrinə) müraciət etməlidirlər.
Test imtahanı 2025-ci il 7 mart tarixində DİMtərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompütervasitəsilə elektron formada keçiriləcəkdir. İmtahanın başlama vaxtısaat 1100-dır. İmtahanda iştirak etmək üçün namizədlər “İmtahanaburaxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı 3 mart 2025-ci iltarixindən etibarən DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri vənəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
Namizəd imtahan keçirilən korpusa imtahana “İmtahana buraxılışvərəqəsi”ndə qeyd edilən vaxtda gəlməlidir. İmtahana gələrkənnamizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”nihökmən özü ilə gətirməlidir. Bu sənədlərdən hər hansı biriolmadıqda və ya imtahanın başlamasına 15 dəqiqə qalmışdan gecgəldikdə namizəd imtahana buraxılmır.
Test imtahan mərhələsində namizədlərə qanunvericilik üzrə 40,Azərbaycan dili üzrə 10, informatika üzrə 20, AzərbaycanRespublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürünmüəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli testtapşırığı təqdim olunacaq. İmtahanın müddəti 3 saatdır. Hər doğrucavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhvcavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanınsonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsibarədə məlumat-arayış təqdim olunur. İmtahanda toplanıla bilənmaksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyətqazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən azı60, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 50 baltoplamalıdırlar. Test imtahanında iştirak edən namizədlərin imtahannəticələri və SHXÇDX-də vakant vəzifələr nəzərə alınmaqla müsabiqəkomissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağısalına bilər.
İmtahanın nəticələri ilə bağlı namizədlər DİM-də fəaliyyətgöstərəcək Apellyasiya komissiyasına 11 – 12 mart tarixlərində saat1400-dan 1700-a qədər müraciət edə bilərlər.
Namizədlər test imtahanına daha səmərəli hazırlaşmaları üçünaşağıda qeyd olunan test imtahanı proqramları və ədəbiyyat siyahısıilə tanış ola bilərlər: