AZ

Əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havada yollarda yaranabiləcək təhlükə ilə bağlı xəbərdarlıq edib.

Trend xəbərverir ki, bu barədə qurum məlumat yayıb.

"Sinoptiklərin məlumatına əsasən hazırda müşahidə olunan küləklihavanın bir neçə gün davam edəcəyi, dağlıq və dağətəyi rayonlardasulu qar və qar yağacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yolhərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhərsaatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buzbağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarındahərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərəçıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteorolojişəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayanavtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyatvasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində dəçətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkətiqaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkətiştirakçılarının həyat və sağlamlığına təhlükə yaradandavranışlardan çəkinmələri xahiş olunur", - məlumatda deyilir.

Seçilən
30
49
az.trend.az

10Mənbələr