AZ

Müəllim üçün 5 il həbs istənildi

Mersinin Erdemli rayonunda avtomobili ilə səkidə gedərkən təqaüdçü müəllim Emel Özdemiri vuraraq öldürən və qəzadan sonra sərbəst buraxılan ibtidai sinif müəllimi Emre Çetin barəsində 5 ilə qədər həbs cəzası tələbi ilə bağlı iddia açılıb.

News24.az bildirir ki,  qəza təhlükəsizlik kameralarına düşüb. Səhiyyə işçiləri  müəllim Özdemirin öldüyünü müəyyən ediblər. 11 noyabr 2024-cü ildə nəzarətə alınaraq ədliyyəyə sövq edilən Emre Çetin təhlükəsizlik vahidlərinə imza atmaq üçün məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qəza nəticəsində həyatını itirən Emel Özdemirin ailəsi təqsirləndirilən sürücünün həbsdə mühakimə olunmasını istəyib.

Zəhraxanım

Seçilən
35
news24.az

1Mənbələr