AZ

Bolqarıstan Ukraynaya hərbi yardıma görə digər ölkələrdən təzminat alacaq

Bolqarıstan Kiyevə hərbi yardım üçün Ukraynanın müttəfiqlərindən 500 milyon avro təzminat alacağını gözləyir.

Herbiand.az bildirir ki, hökumət artıq Ukraynaya hərbi yardım göndərilməsi üçün iki müqavilə əsasında Danimarkadan 174 milyon avro aldığını elan edib.

Bundan başqa bolqarlar ABŞ və Avropa Komissiyasından da ən azı daha 300 milyon avro təzminat gözləyir.

“Ukraynaya kömək etməklə biz, əslində özümüzə kömək etmiş oluruq”, - müdafiə naziri Atanas Zapryanov bildirib.

Bolqarıstan sovet standartlarına uyğun hazırlanmış köhnə hərbi texnikasını Ukraynaya göndərir. NATO və Aİ müttəfiqlərindən aldığı pulu isə yeni Qərb silahlarının alınmasına istifadə edə bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr