AZ

Azərbaycanda unun son topdansatış qiymətləri ilə bağlı MÜHÜM XƏBƏR

Fevralın 6-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,8-27,2 manat civarında dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd oluub.

Seçilən
16
16
bakivaxti.az

10Mənbələr