AZ

Ağsu və İsmayıllıda fermerlərə aqrar sığorta ödənişləri edilib

Bakı. Trend:

Aqrar Sığorta Fondu tərəfindən Ağsu və İsmayıllı rayonlarındamüxtəlif hadisələr nəticəsində baş vermiş zərərlərə görə ödənişlərhəyata keçirilib.

Bu barədə Trend Fonda istinadən xəbər verir.

Bildirilib ki, Ağsu rayonunun Kəndoba kəndində fermer BəhruzNəbiyevə arpa əkini sahəsinə dolu yağıntısı nəticəsində dəymişzərərə görə 24 041 manat sığorta ödənişi edilib. Eyni zamandarayonun Abasxanlı kəndində eyni səbəbdən buğda sahəsinə dəymişzərərə görə fermer Rasim Məmmədov 2 297 manat sığorta ödənilib.

Məlumata görə, bundan başqa, İsmayıllı rayonunun Qubaxəlillikəndində də arpa sahəsinin bir hissəsi quşların hücumu nəticəsindəməhv olduğuna görə fermer Nurəddin Əsədova 3 163 manat sığortaödənişi edilib.

Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlətdəstəyi ilə həyata keçirilir. Meyvə bağları, əkin sahələri, iri vəxırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciətetmək lazımdır.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədəətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından almaq olar.

Məqalədə:
Seçilən
16
5
az.trend.az

6Mənbələr