AZ

Futbol tarixinin ən güclü komandaları bəlli oldu

Məşhur "GiveMeSport" portalı futbol tarixinin ən yaxşı futbol klublarının siyahısını açıqlayıb.

​​​​​​"Cebheinfo.az"  Oxu.Az-a istinadən xəbər verir ki, cədvəldə birinci yeri Xosep Qvardiolanın baş məşqçisi olduğu 2008/09 mövsümünün "Barselona"sı tutub.

Kataloniyalılar həmin mövsüm mümkün olan bütün kubokları qazanıblar və trebl (ölkə çempionluğu, ölkə kuboku və qitələrarası kubok) edən ilk İspaniya klubu olublar.

İkinci yerdə 1971/72 mövsümünün əfsanəvi "Ayaks"ı qərarlaşıbsa, 1956/57 mövsümünün "Real Madrid"i ilk üçlüyü tamamlayır.

Zidanın 2016/17 mövsümünün "Real"ı dördüncü pillədə qərarlaşıb. Beşinci yerdə isə 1998/99 mövsümünün "Mançester Yunayted"i yer alıb. Bu komanda həmin mövsüm Çempionlar Liqasının finalında "Bavariya"nı 2:1 hesabı ilə məğlub etmişdi.

​​​​​​"Cebheinfo.az" 

Seçilən
49
cebheinfo.az

1Mənbələr