Macarıstanın “Ferensvaroş” klubunun idman direktoru Tamaş Xaynal yerli mətbuata açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi Julio Romao transferindən və Kadi Borgesin ayrılığından danışıb:
“Romaonun transferi üçün uzun müddətdi “Qarabağ”la danışıqlar apardıq. Onlar bizdən 5 milyon avro tələb edirdilər. Bu isə bizim üçün böyük məbləğ idi. Amma həmişə Romaonu izləyir və hər transfer pəncərəsində təklifimizi irəli sürürdük”.