“Fiorentina”nın baş məşqçisi Raffaele Palladino İtaliya A Seriyasının 14-cü turundan təxirə salınmış “İnter”lə ev oyununu şərh edib.
Arena.az məlumat verir ki, “bənövşələr” “neradzurri” üzərində 3:0 hesablı qələbə qazanıblar.
Vurğulayaq ki, oyunun belə bir hesabla başa çatması gözlənilməz olub.
Xatırladaq ki, İtaliya A Seriyasının 14-cü turunda “Fiorentina”nın “İnter”lə ev oyununun 16-cı dəqiqəsində “Roma”dan icarə əsasında “bənövşələr”in heyətində çıxış edən italyan yarımmüdafiəçi Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilmiş və dərhal xəstəxanaya təxliyə edilmiş, oyun isə hesab 0:0 ikən təxirə salınmışdı. Sonradan sağlamlığı bərpa edilmiş Bove defibrillyator quraşdırılıb.
“Biz qələbəni Boveyə həsr etmək istəyirik, o, həmişə ürəyimizdədir, bu qələbəni o vaxt baş vermişlərə görə də ona həsr edirik. Bizim işlək, iddialı və tərrəqqipərvər komandamız var. Biz şövqümüzü müvafiq səviyyədə qoruyub-saxlamalıyıq, qarşıda hələ bir çox oyunlar və çox iş var. Bazar ertəsi günü tamamilə fərqli bir oyun olacaq, çünki “İnter” intiqam hissi ilə qovrulaccaq və daha da ilhamlı olacaq. Bundan əlavə, biz rəqibin stadionunda oynayacağıq”, – “fcinter1908.it” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Əlavə edək ki, artıq üç gündən sonra, fevral ayının 10-da İtaliya A Seriyasının 24-cü turu çərçivəsində “Fiorentina” səfərdə “İnter”in “qonağı” olacaq.
23 oyundan 42 xalla “Fiorentina” İtaliya A Seriyaının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “İnter” isə məğlubiyyət nəticəsində İtaliya çempionatında liderliyini əldən verib, “neradzurri” 51 xalla 2-ci pillədədir. A Seriyasına 54 xalla “Napoli” başçlıq edir.