AZ

40 saat belə uçublar: ABŞ-dan deportasiya edilənlərin əlləri qandalda, ayaqları zəncirdə olub

ABŞ-dan Hindistana 40 saatlıq deportasiya uçuşu zamanı 104 nəfər əl-ayağı qandalda saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə xarici mətbuat yazıb. Deportasiya edilən 23 yaşlı Akaşdipa Sinqh uçuşdan əvvəl əllərinin qandallandığnı, ayaqlarının zəncirləndiyini söyləyib.

O, həmçinin qeyd edib ki, tualetə getmək və ya yemək üçün qandalların çıxarılması tələblərinə məhəl qoyulmayıb.

"Onların bizə necə baxdıqlarını heç vaxt unutmayacağam... Biz tualetə qandallı getmişdik. Yerə enməzdən əvvəl qadınlardan qandalları çıxartdılar. Bizim qandalları isə təyyarə yerə endikdən sonra yerli polis çıxardı”, - Sinqh deyib.

Seçilən
11
1
publika.az

2Mənbələr