AZ

UEFA Çempionlar Liqasının pley-off mərhələsində əlavə vaxtı ləğv edə bilər

"The Guardian" xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında ümumi heç-heçə olacağı təqdirdə əlavə vaxtın ləğvi variantını nəzərdən keçirir.

Qeyd olunur ki, nokaut matçlarında əlavə 30 dəqiqənin ləğvi komandaların sıx təqvim probleminin öhdəsindən gəlməyə kömək edəcək. Bu qərar qəbul olunarsa, iki oyun arasında ümumi hesabda bərabərlik olarsa, rəqiblər dərhal penaltilər seriyasına keçəcək.

Hazırda Çempionlar Liqasının pley-off mərhələsində ümumi heç-heçə baş verərsə, 15 dəqiqəlik iki əlavə hissə verilir və yalnız bundan sonra penaltilər seriyası təyin olunur.

Almaz Həsənli

Seçilən
28
oxumeni.az

1Mənbələr