Bəşəriyyətin üçdə ikisi 70 yaşdan yuxarı kişilərin hakimiyyəti altındadır.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” yazıb. Nəşr bildirir ki, bəşəriyyətin üçdə ikisi 70 yaşdan yuxarı kişilərin hakimiyyəti altındadır.
“Bütün dünyada siyasi hakimiyyət getdikcə daha çox yaşlı kişilərin əlindədir: ABŞ, Rusiya, Çin, Hindistan, İran.
Yer üzündə təxminən 8 milyard insanın 5,4 milyardı və ya 67,5%-i 70 yaşdan yuxarı kişilərin hakimiyyəti altındadır”, – nəşr yazıb.
Xuraman Etibarlı
İnterpress.az