AZ

Sabiq mer həbs edildi: Görün 1,5 ton kolbasanı kimlərə hədiyyə edib

Xorvatiyanın Zupanya şəhərinin keçmiş meri Davor Miliçeviç dövlət vəsatini mənimsəməkdə ittiham olunaraq həbs edilib.

Publika.az xəbər verir ki, Miliçeviçin 3 il ərzində bələdiyyə büdcəsindən 1,5 tona yaxın məşhur “Kulen” kolbasasını götürdüyü, müxtəlif nazirliklərə və məmurlara hədiyyə etdiyi iddia edilib.

Bildirilib ki, Miliçeviçin kolbasa aldığı qəssab dükanının sahibi də saxlanılıb. Korrupsiyanın ümumi dəyərinin on minlərlə avro olduğu bildirilir.

2009-2021-ci illər arasında Zupanja şəhərinin meri vəzifəsində çalışmış və bir müddət HDZ-dən milli parlamentin üzvü olmuş Miliçeviçə qarşı rəsmi istintaq başladılıb. Polis rəsmiləri korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində işlərin davam etdiyini açıqlayıb.

Seçilən
8
publika.az

1Mənbələr