AZ

“Onun üçün yazılmışdı, lakin Aygün Kazımova gəlib dedi ki..” - “Bu Sevgi” mahnısının TARİXÇƏSİ + VİDEO

“Bəxt üzüyü” filmində səslənən “Bu sevgi” mahnısı əslində bu film üçün yazılmayıb. 

 

Sfera.az bildirir ki, bunu Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov dizayner Aynur Xəlilovanın “Youtube”da  yayımlanan “Hərşeyşünas” podkastında qonaq olarkən deyib. Mahnının müəllifi bildirib ki, onu 1989-cu ildə Firəngiz üçün bəstələyib və məhz onun ifasında səslənməsi nəzərdə tutulub. 

 

“Lakin müəyyən səbəblərdən bu baş tutmayıb. Elə həmin vaxtda Aygün Kazımova gəldi ki, Yurmolaya gedirəm, mənə mahnı lazımdır. Siyavuş Kərimi də o vaxt mənim aranjımançım idi. Onunla götür-qoy elədik. Elə o dedi ki, gəl bu mahnını verək Aygünə. Ondan sonra Aygün getdi orada oxudu, gəldi və beləcə mahnı bağlandı Aygünün ayağına. Amma Firəngizin ürəyində qalmışdı”.

 

Bəstəkar qeyd edib ki, ardınca Firəngiz Rəhimbəyliyə “Bəxt üzüyü” filminə çəkilməyə dəvət gəldi və bu mahnını da filmdə səsləndirmək istədiyini bildirdi: “İndi o mahnını eşidən camaat deyir ki, “Bəxt üzüyü”ndəki Sedanın mahnısı”...

 

Türkan 

 

Seçilən
18
sfera.az

1Mənbələr