AZ

Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehsan verilib (FOTO)

Bakı. Trend:

7 fevral 2025-ci il tarixində 2024-cü ilin dekabrın 25-də Aktauşəhərində baş vermiş Azərbaycan Hava Yollarına məxsus təyyarəqəzasında həlak olanların xatirəsinə ehsan verilib. TədbiriQazaxıstanın Azərbaycandakı Səfirliyi və Manqistau vilayətininAkimatı təşkil edib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatagörə, tədbirdə Manqistau vilayətinin Akimi Nurdaulet Kilıbay,Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, AzərbaycanınQazaxıstandakı Səfiri Ağalar Atamoğlanov, Azərbaycanın Aktauşəhərindəki Baş Konsulu Ayxan Süleymanlı, həlak olmuşqazaxıstanlıların ailə üzvləri, Azərbaycan diasporununnümayəndələri, xilasetmə işlərində iştirak etmiş qurumlarınnümayəndələri və Aktau şəhərinin sakinləri iştirak ediblər.Tədbirin əvvəlində Quran-i Kərimdən ayələr oxunub.

Manqistau vilayətinin Akimi Nurdaulet Kilıbay həlak olanlarınyaxınlarına başsağlığı verərək bildirib ki, Qazaxıstan PrezidentiKasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın nəticələrinin aradanqaldırılması, səbəblərinin araşdırılması və zərərçəkənlərə yardımgöstərilməsi məqsədilə Hökumət Komissiyası yaradılıb. Qazaxıstanınaidiyyəti qurumları, o cümlədən Manqistau vilayətinin Akimatı faciəgünlərində bütün zəruri tədbirləri görüb. N. Kilıbayxilasedicilərə, tibb işçilərinə və bütün laqeyd qalmayanqazaxıstanlılara bir daha təşəkkürünü bildirib.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel vurğulayıb ki, bugün Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər həqiqətən dəmüttəfiqlik xarakteri alıb. O, Xəzər dənizinin şərq və qərbsahillərində yerləşən Qazaxıstanın və Azərbaycanın türk dünyasınınmühüm oyunçuları, həmçinin Avrasiya nəqliyyat-logistika sistemininəsas həlqələri olduğunu vurğulayıb.

A. Bayel, faciədən sonra ölkələrimiz arasındakı dostluğun vəqardaşlığın daha da möhkəmləndiyi ilə bağlı Azərbaycan Prezidentiİlham Əliyevin dediyi sözləri xatırladıb. Bu kontekstdə o,azərbaycanlı iş adamı Amil Yusifovun təyyarə qəzasında həlakolanların ailələrinə yardım göstərmək təşəbbüsünü Qazaxıstantərəfindən minnətdarlıqla qarşılandığını qeyd edib. Öz növbəsində,azərbaycanlı sahibkar Qazaxıstanda uğurla bizneslə məşğul olduğunuvə qardaş xalqa dəstək verməyə öz borcu hesab etdiyinivurğulayıb.

Tədbir çərçivəsində Amil Yusifov həlak olmuş qazaxıstanlılarınyaxınlarına Almatı şəhərindəki yeni yaşayış kompleksində yerləşənbeş ikiotaqlı mənzillərin açarlarını təqdim edib. Mənzillər mebelvə məişət texnikası ilə təmin olunub. Bundan əlavə, xeyriyyəçiManqistau vilayətinin Fövqəladə Hallar Departamentinə, Aktauşəhərinin xəstəxanasına, təcili və təxirəsalınmaz tibbi yardımstansiyasına üç yeni avtomobil bağışlayıb.

Həlak olanların yaxınları və zərərçəkənlərə yardım göstərmişqurumların əməkdaşları azərbaycanlı iş adamına minnətdarlıqlarınıifadə ediblər. Manqistau vilayətinin Akimi N. Kilıbay də Manqistauvilayəti ictimaiyyəti adından təşəkkür edərək, tədbirinQazaxıstan-Azərbaycan dostluğunun növbəti rəmzi olduğunuvurğulayıb.

Aktauda
Aktauda
Məqalədə:
Seçilən
54
27
az.trend.az

10Mənbələr