Bakı. Trend:
Carlsberg Azerbaijan, ölkənin pivə istehsalı sahəsinin lideri,2024-cü ildə əsas göstəricilər üzrə yüksək nəticələr nümayişetdirib, o cümlədən 40 milyon manatdan çox rekord vergi ödənişlərihəyata keçirib.
Şirkətin nəticələri
Bir sıra çətinliklərə baxmayaraq, şirkət 2023-cü illə müqayisədəsatış həcmini 3.0% artıraraq, daha əlverişliməhsul çeşidi sayəsində xalis gəlirini 6.6%artırıb.
Xüsusilə müasir ticarət kanallarında (pərakəndə şəbəkələr)10.1% artım müşahidə olundu. Bu, ölkə üzrə bütünpərakəndə şəbəkələrində ticarət avadanlığının quraşdırılması vəəlavə satış nöqtələrinin cəlb olunması sayəsində baş verdi. HORECAseqmentində (otellər, restoranlar, kafelər) satışlar18.4% artdı, buna səbəb premium brendlərinsatışlarının və əhatəsinin artması ilə yanaşı süzmə Xırdalanpivəsinin satış həcminin yüksəlməsi idi, eyni zamanda ənənəviticarət kanallarında (kiçik mağazalar) 7.8% azalmamüşahidə olundu. Bu azalma müasir ticarət formatlarına olanistehlakçı üstünlüklərinin dəyişməsi ilə əlaqədardır və bazartendensiyalarını əks etdirir.
2024-cü ildə pivə ixracı pozitiv dinamika nümayiş etdirərək2023-cü il ilə müqayisədə 255% artıb.
Brendlər üzrə nəticələr
Carlsberg Azerbaijan 2024-cü ildə istehlakçılar tərəfindənmüsbət qarşılanan yeni pivə növlərini təqdim etdi. Şirkətin flaqmanbrendi Xırdalan, keçən ilə nisbətən 20.1% artımnümayiş etdirdi. Əsas artım amilləri arasında Xırdalan DraftPremium, Xırdalan 0.0 və sərt pivə seqmentindəki yeni məhsullar yeraldı.
Xüsusi diqqət Carlsberg Group-un innovativ texnologiyası iləAzərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivəXırdalan 0.0-ın təqdim olunmasına yönəldi. Buməhsul, Azərbaycan Milli Futbol Komandasının və "Küləyə qalib gəl"şüarı ilə keçirilən Bakı Marafonunun rəsmi tərəfdaşı oldu.
Carlsberg, futbol matçlarının yayımlandığı EGPArenadakı Football Fan Fest platforması ilə uğurla əməkdaşlıqedərək satış həcminin 26.8% artmasına töhfə verdi.Kronenbourg 1664 Blanc, uğurlu marketinqstrategiyaları və yüksək mövsümdəki tərəfdaşlıqlar sayəsində2023-cü il ilə müqayisədə satış həcmini təxminən ikiqat artıraraq96.6% rekord nəticələr əldə etdi. Brend, həmçininQəbələdəki Essenso Lavanda Festivalını və ilin ən önəmlitədbirlərindən biri olan Bakı Moda Həftəsini də dəstəklədi.Tuborg, DreamFest 2024 beynəlxalq musiqifestivalının rəsmi tərəfdaşı oldu və satış həcmini15.2% artırdı.
"Əldə etdiyimiz nəticələrlə qürurduyuruq və istehlakçılarımıza, tərəfdaşlarımıza və əməkdaşlarımızaonların dəstəyi və etimadı üçün dərin təşəkkürümüzü bildiririk.2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi iləimzalanmış Anlaşma Memorandumu çərçivəsində biz 2021-2025-ci illərərzində istehsalata, pivə sənayesinə və əməkdaşlarımıza 25milyon manat investisiya yatırmağı nəzərdə tutmuşduq.Məmnuniyyətlə bildirirəm ki, biz 2024-cü ilin nəticələrinə əsasəninvestisiya planımızı uğurla həyata keçirmişik. 2025-ci iləgəldikdə, biz pivə sektoruna aid olan sərmayələrimizigenişləndirməyi planlaşdırırıq. Bu, məhsul portfelimizi və onunkeyfiyyətini yaxşılaşdırmağa kömək edəcək və ölkənin dayanıqlıinkişafına müsbət töhfə verəcək", - Carlsberg Azerbaijan-ın BaşDirektoru Alius Antulis bildirib.
Xammal və materialların lokalizasiyası
Carlsberg Azerbaijan 2021-ci ildən etibarən Azərbaycandayetişdirilən yerli arpadan istifadə edir. 2023-cü ildə şirkət,“AzərŞəkər” və “Azərsun” şirkətləri ilə birgə Cənubi Qafqazın illik11 min tondan çox məhsul istehsal edəcək ilk pivəlik arpa emalızavodunun təməlini qoydu. Zavodun açılışı 2025-ci ilin birinciyarısında planlaşdırılır.
Dayanıqlı inkişaf
Carlsberg Group-un "Birlikdə Sıfıra Doğru və Daha İrəli" qlobaldayanıqlılıq proqramı çərçivəsində şirkət eko-texnologiyalarıtətbiq etməyə, resurs istehlakını azaltmağa və yerli icmalarıdəstəkləməyə davam edir. 2024-cü ildə əhəmiyyətli nailiyyətlər əldəedilib, bunlara karbon emissiyalarının 13.7%azaldılması, su və elektrik istehlakının isə əvvəlki ilə müqayisədə15.5% azalması daxildir.
COP-29 çərçivəsində Carlsberg Azerbaijan WWFAzerbaijan ilə su təchizatı, ətraf mühitin qorunması və yerliicmaların dəstəklənməsi sahələrində əməkdaşlıq etmək məqsədiləüçillik Anlaşma Memorandumu imzalayıb.
Bundan başqa, 2024-cü ildə şirkət “Xəzəriqoruyaq!” ekoloji təşəbbüsü fəal şəkildə dəstəkləməyədavam edib. Şirkət, Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən,Sumqayıt və Bakı şəhərlərindəki Xəzər dənizi çimərliklərinintəmizləmə aksiyalarını təşkil edib. Bu tədbir zamanı 23 hektarsahədən 7 ton tullantı toplanılıb və təkrar emal edilib.
2025-ci ilin yanvar ayında Davosda keçirilən Dünya İqtisadiForumu çərçivəsində Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev, Carlsberg Group-un Müşahidəşurasının sədri Henrik Poulsen və CarlsbergGroup-un Baş direktoru Yakob Aarup-Andersen iləgörüşüb. Tərəflər, xammal və qablaşdırma materiallarınınlokalizasiyası və Carlsberg Group-un Azərbaycandakı fəaliyyətiningenişləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər.
Şirkət haqqında məlumat:
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanınpaytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərindəyerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdətəxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar,pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeriyaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyalarınümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə"Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc1664", "Əfsanə" kimi məşhur markalardaxildir.