Rusiya ordusunun komandanlığı ayrı-ayrı zenit-raket bölmələrinin işğal olunmuş Krımdan Rusiyanın daxili quberniyalarına köçürməyə başlayıb.
Bu barədə fevralın 7-də “Atəş” partizan hərəkatı Telegram-da məlumat yayıb. Qeyd olunur ki, bu qərar təkcə Ukrayna müdafiə qüvvələrinin neft bazalarına və hərbi infrastruktura hücumları ilə deyil, həm də Rusiya daxilində ictimai təzyiqlərlə diktə edilib. Bəzi sistemlər, o cümlədən 31-ci Hava Hücumundan Müdafiə Diviziyasının qurğuları artıq yarımadadan yeni mövqelərə yerləşdirilir. “İşğalçılar başa düşürlər ki, bu addım Krımın müdafiəsində kritik boşluqlar yaradır, lakin onların başqa seçimləri yoxdur. Nəticədə aerodromlar, hərbi anbarlar və Kerç körpüsü həssas olaraq qalır. Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələrinin hücumları Putin rejiminin Vordonj, Kursk və Belqorod regionlarında hərbi obyektləri qorumaq iqtidarında olmadığını nümayiş etdirir”, – bəyanatda deyilir.
“Atəş” qeyd edir ki, Rusiyada neft bazaları və logistika qovşaqlarının itkiləri artıq kritik həddə çatıb. Hərəkat bildirir ki, Kreml öz qoşunlarını yanacaqla effektiv şəkildə təmin etmək imkanını itirə bilər ki, bu da onların cəbhədəki döyüş qabiliyyətinə qaçılmaz təsir göstərəcək.
//Samir Qurbanov, Editor.az