"Qalatasaray" Avropa Liqası üçün sifariş ərizəsinə son əlavələrini edib.

Offsideplus.az xəbər verir ki, "Cim-Bom"un yeni transferi Mario Lemina siyahıdan kənar qalıb.

Yeni transferlərdən Karlos Kuesta, Alvaro Morata və Roland Sallai sifariş olunan oyunçular arasına daxil edilib.

Qeyd edək ki, liqa mərhələsini uğurla başa vuran "sarı-qırmızılar" fevralın 14-də səfərdə "AZ Alkmaar" ilə qarşılaşacaq.