Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Ölkəboyu yağıntı olacaq, dağlarda qar yağacaq. Bəzi yerlərdə yağıntı intensiv olacaq. Qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0 +4, gündüz müsbət 5 + 8 dərəcə olacaq. Dağlarda gecə mənfi 10, gündüz mənfi 6 dərəcə olacaq. Dağ yolları buz bağlayacaq.