AZ

Dövlət Baxçalı əməliyyat olundu

MHP lideri Dövlət Baxçalı əməliyyat olunub.

Ölkə.Az xəbər verir ki, o, ürək əməliyyatı keçirib.

Siyasətçinin ürək qapağında degenerasiya əlamətləri aşkar edilib. Fevralın 6-da əməliyyat olunan Baxçalının ürək qapağı invaziv yolla dəyişdirilib.

O özünü yaxşı hiss edir.

Baxçalı əməliyyatdan sonra Türkiyədəki dəhşətli zəlzələnin ikinci ildönümü ilə bağlı açıqlaması olub.

"Ürəksiz kütləyə baxmayaraq, 6 fevralın izləri silinir. Zəlzələ bölgəsini əvvəlkindən daha təhlükəsiz etmək bizim ləyaqət məsələmizdir", - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
20
3
olke.az

4Mənbələr